AZ

Mask indi də bu ölkəni hədəf aldı

"X" şirkətinin sahibi, amerikalı milyarder İlon Mask 16 yaşdan kiçik uşaqların sosial media platformalarına girişini məhdudlaşdırmağı planlaşdıran Avstraliya hökumətini “internetə çıxışa nəzarət etməyə çalışmaqda” ittiham edib.

"Cebheinfo.az" xəbər verir ki, Mask sosial media platformalarına 16 yaş məhdudiyyəti qoymağı planlaşdıran Kanberra hökumətinə reaksiya verib.

O. Avstraliyanın Baş naziri Enthoni Albanesin yaş həddi ilə bağlı qanun layihəsini parlamentə təqdim etdiklərini açıqladığı yazısından sitat gətirib: "Bu, Avstraliyadakı bütün vətəndaşların internetə çıxışına nəzarət etmək üçün gizli bir üsul kimi görünür". 

Qeyd edək ki, Avstraliyada hökumət uşaqların sosial mediadan istifadə etməyə başlaması üçün yaş həddi təyin etməyi və platformaları buna əməl etməyə görə məsuliyyət daşımağı düşünür. Sosial media platformalarının yaş həddini pozduqları təqdirdə cəzalandırılması planlaşdırılır.

Seçilən
18
cebheinfo.az

1Mənbələr