AZ

"Lazım gəlsə, bu gecə Rusiya ilə döyüşə başlayarıq" - Maqovan

Britaniya Baş Qərargah rəisinin müavini general-leytenant Rob Maqovan bəyan edib ki, Rusiya Şərqi Avropanı işğal edərsə, Britaniya dərhal cavab verəcək.

Turkustan.az xəbər verir ki, Maqovan, "İngiltərə ordusundan bu gecə döyüşmək istənilsə, bu gecə döyüşəcəyik. Əgər ruslar bu gecə Şərqi Avropanı işğal etməyə başlasalar, onlarla müharibədə qarşılaşacağıq"- dedi.

Böyük Britaniyanın müdafiə naziri Con Healey və general-leytenant Maqovan Britaniya parlamentinin Müdafiə Komitəsinin üzvlərinin suallarını cavablandırıblar. Healey Ukraynadakı hadisələrlə bağlı Lordlar Palatası və İcmalar Palatasının üzvlərinə iki brifinq verildiyini və Rusiyanın 10 minə yaxın Şimali Koreya əsgərini cəbhəyə göndərdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr