AZ

Bəstəkarlar İttifaqı yubiley çərçivəsində növbəti festivalına başladı - FOTO

90 illik şanlı tarixi olan Azərbaycan Bəstəkarlar İttifaqı yubiley çərçivəsində növbəti festivalına başladı. SİA xəbər verir ki, ittifaqın konfras zalına toplaşan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə, katiblər, Əməkdar incəsənət xadimləri, professorlar Zemfira Qafarova, Cəlal Abbasov və İsdarə Heyətinin üzvləri ilk olaraq dahi Üzeyir Hacıbəylini yad edib, bu İttifaqın qurulmasında onun fəaliyyətini alqışlayaraq, bir daha ruhuna minnətdar olduqlarını bildirdilər.

İttifaqın sədri Firəngiz Əlizadə ənənəyə sadiq qalaraq İdarəHeyətinin üzvləri qarşısında 90 illik yubileylə bağlı keçirilən tədbirlərin hesabatını verdi. Bakıda, Gəncədə, Şəkidə, Şuşada və Berlndə keçirilən yubiley tədbirlərinin Azərbaycan bəstəkarlıq məktəbi üçün dəyərli töhfələr olduğunu söylədi. Firəngiz xanım festival çərçivəsində keçirilən konsertlərin proqramı haqqında da İdarə Heyətinin üzvlərinə məlumat verdi. Onu da qeyd etdi ki, festival çərçivəsində bəstəkarların yeni əsərləri səslənəcək.

İttifaqın katibləri Zemfira Qafarova Bəstəkarlar İttifaqının üzvü olanmusiqişünasların fəaliyyətindən danışdı, Cəlal Abbasov isə İttifaqın müxtəlif bölmələri və onların iş fəaliyyəti haqqında söhbət açdı. Qeyd olundu ki, vaxtaşırı olaraq kamera-instrumental, vokal musiqi, simfonik musiqi, xor musiqisi, uşaq musiqisi və bu kimi bölmələrdə iclaslar keçirilib, bəstəkarın bu istiqamətlərdə əsərləri müzakirə olunaraq ifaya təqdim olunub.

İdarə Heyətinin iclasında sənətşünaslıq elmləri doktoru, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, fəlsəfə üzrə elmlər doktoru, professor Mina Hacıyeva, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva və digər şəxslər çıxış edərək 90 illik yubileylə bağlı keçirilən tədbirlərin və Bəstəkarlar İttifaqının fəaliyyətini Azərbaycan musiqi mədəniyyəti üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladılar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı 90 illik yubileylə əlaqədar olaraq Azərbaycan Televizİyasının “Mədəniyyət” kanalında yayımlanan “Bəstəkarlar İttifaqı-90” silsiləsindən təqdim olunan verilişlərin insanların İttifaqın fəaliyyəti ilə bağlı maarifləndirilməsində mühüm əhəmiyyətini qeyd etdi.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə təşkilatın nizamnaməsinə uyğun olaraq gündəlikdə yeni üzvlərin qəbul olunması məsələsini təklif etdi. Bu məqsədlə sənədləri təqdim olunan gəncbəstəkarlar Aydan Əliyeva və Üzeyir Məmmədov İdarə Heyətinin üzvlərinin qərarı ilə Azərbaycan Bəstəkarlar ittifaqına üzv seçildilər.

Festival öz işini 22 noyabr, saat 19.00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin idarəsi ilə davam etdirəcək.



Seçilən
20
sia.az

1Mənbələr