AZ

Qadın 14 dostunu bu üsulla öldürdü - Ölkəni şoka salan SERİYALI QATİL

Tailandda bir qadın silsilə qətllərə görə edam cəzasına məhkum edilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 36 yaşlı Sararat Rangsivuthaporn varlı dostu da daxil olmaqla 14 nəfəri öldürməkdə təqsirli bilinib.

Noyabrın 20-də Banqkokda başa çatan məhkəmə, Sararatın 2022-ci il səfəri zamanı rəfiqəsinin yemək və içkilərinə sionid qatdığını müəyyən edib. Rəfiqəsinin ölümündən sonra yaxınları onun ölümünün təbii səbəblərinə şübhə edərək, araşdırma aparılmasında israr ediblər. Ekspertiza meyitin bədənində zəhərin olduğunu təsdiqləyib. İstintaq Sararatın 2015-ci ildən başlayan digər qətllərinin də aşkarlanmasına səbəb olub.

Sararat qumar borclarından qurtulmaq üçün dostlarını öldürməkdə, onların qiymətli əşyalarını, o cümlədən pul və zinət əşyalarını oğurlamaqda günahlandırılır. Ən bədnam epizodlardan biri 2023-cü ilin aprelində baş verib: Sararat 32 yaşlı dostu ilə Buddist ritualı üçün Ratçaburi əyalətinə gedib.

Birlikdə nahar etdikdən sonra zərərçəkən huşunu itirib və qısa müddət sonra ölüb. Daha sonra Sararat onun şəxsi əşyalarını, o cümlədən pul kisəsi və telefonunu oğurlayıb.

Sararat ittihamları inkar edir, lakin məhkəmədə təqdim olunan sübutlar onun məhkum edilməsinə səbəb olub. Təqsirləndirilən şəxsin əvvəllər polis məmuru işləmiş keçmiş əri və vəkili də sübutları gizlətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Qətllərdə istifadə edilən sionid öldürücü xüsusiyyətləri ilə tanınır. O, oksigenin hüceyrələrə çatmasını əngəlləyir, boğulma, infarkt və digər ölümcül simptomlara səbəb olur. Tailandda bu toksin qanunla ciddi şəkildə tənzimlənir və onun istifadəsinə ciddi nəzarət var.

Seçilən
3
6
musavat.com

7Mənbələr