AZ

Avropada söz azadlığı adı altında barbarlığa rəvac verilir ANALİZ

COP29 başa çatsa da, ABŞ-ın və Avropanın faşist düşüncəli siyasətçilərinin inilti səsləri hələ də eşidilir

Bakıda yüksək səviyyədə təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası başa çatdı. Dünyanın 196 ölkəsindən Bakıya gələn iştirakçılarla iqlim dəyişmələrinin vura biləcəyi zərərlərin aradan qaldırması yönümündə əhəmiyyətli müzakirələr aparıldı və mühüm qərarlar qəbul edildi. Eyni zamanda, COP29 regional və qlobal təhlükəsizlik sisteminin təmin olunması, qarşılıqlı əməkdaşlıq platformalarının reallaşdırılması baxımından da yaddaqalan tədbir oldu. Bu baxımdan dünyaca tanınmış siyasətçilər, elm adamları, politoloqlar, KİV təmsilçiləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını dünya tarixində ən mükəmməl konfrans adlandırırlar. “Komsomolski pravda”, “Financial Times”, “The Guardian”, “Bloomberg”, “Reuters” "Euronews" kanalı, Türkiyənin "TRT Haber" telekanal, "Anadolu" Xəbər Agentliyi, "TRT Avaz", "Star" qəzeti, İtaliyanın "il Manifesto", "Meteo Giornale", "Editoriale Domani", "Avvenire", "Upday" ,"Bild", "ZDF Heute", "Deutsche Welle", "Tagesschau", "Freitag", "Sueddeutsche" və bu kim digər dünyanın nüfuzlu media qurumları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası haqqında reallığı əks etdirən müsbət xarakterli geniş və əhatəli verilişlər yayımlayıb, informasiyalar paylaşıblar. Yenə də Azərbaycanın uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxan məkrli yerli və xarici qüvvələr iş başında olmağa və qarayaxma kampaniyası aparmağa cəhdlər göstərdilər. Hətta Fransanın anormal siyasət yürüdən prezidenti Makron ölkə başçılarını COP29 konfransını boykot etməyə çağırdı. Lakin Makronun qafasına bələd olan sağlam təfəkkürə malik hökumət və dövlət başçıları konfransın işində fəal iştirak etməklə Makronun özünü boykot edib gərəksiz məxluqa çevirdilər.

Hitlerin nəvələri ara-sıra dünyamızı təhdid edirlər

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsi və konfransın keçirildiyi dönəm AŞPA təmsilçiləri Liz Kristoffersen, Hanna Bardelli, Frank Şveber, Pol Qavanı, ermənipərəst konqresmen Frank Pallouneni xüsusi ikrah doğuran fəallıqla ölkəmizə qarşı şər və böhtan kampaniyası aparırlar. Bu sözügedən məxluqların fəaliyyətlərinə və işlətdikləri böhtanlara əsaslanaraq demək olar ki, onlar rüşvəti və əlavə mükafatları yalnız və yalnız Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna kölgə salmaq, müxtəlif qarayaxmalarla qazandığı zəfərlərini zədələmək və dünya birliyində sözünün kəsərini, ideya və təkliflərinin, təşəbbüslərinin dəyərini aşağı salmaq. Təbii ki, istəklərinə nail ola bilməyəcəklər. Çünki Fransanın hələ də işğal siyasəti yürütdüyü və bəşəriyyətə qarşı cinayətlər törətdiyini dünya xalqları yaxşı bilir və buna görə də açıq şəkildə rəsmi Parisin vəhşi siyasətinə etiraz edirlər. Frank Şveberin təmsil olunduğu AŞPA-nın islamafobiya siyasəti apardığı və qurumun sifarişli müzakirələr aparıb, qərarlar qəbul etdiyini Avropada hər kəs, o cümlədən siyasətçilər yaxşı bilir. Digər tərəfdən F.Şveberin babaları daim bəşəriyyətə qarşı təhlükə mənbəyi olublar. Hitlerin insanlığa qarşı törətdiyi vandal siyasətinin ağır nəticələrini hələ də bəşəriyyət aradan qaldıra bilmir. Bu vəhşiliklərdən dərs götürməyən Hitlerin nəvələri ara-sıra sivil dünyamızı təhdid edir. Daha doğrusu, Almaniyada faşizm sürətlə formalaşır və inkişaf edir. Hər il Almaniya dövlət büdcəsindən faşist dərnəklərinə milyardlarla maliyyə vəsaiti ayırmaqla nasizmin daha da inkişaf etdirilməsinə yardımçı olur. Hətta bu yaxınlarda Böyük Britaniyanın müvafiq hərbi strukturları Almaniyada faşizmin nüvə silahı əldə etmək üçün laboratoriyalarda tədqiqatlar aparıb, hazırlıqlar gördüyünü qeyd etmişdir. Bu isə açıq təhlükə deməkdir. Yəni alman faşizmi nüvə silahına malik olarsa, dünyada yaşayışdan söhbət gedə bilməz. Çünki insanları öldürüb, şərhləri, kəndləri xarabazarlığa qoymağa adət edən Almaniya faşizmi nüvə silahı əldə etməklə ənənəsini dərhal icra edəcək. Ona görə də, mən və mənim kimi dünyamızı hər zaman sakit, sabit, təhlükəsiz görmək istəyənlər BMT-yə, tərəqqipərvər xalqlara müraciət edərək. Almaniya faşizminin durdurulması çağırışı ilə çıxış edir. Hələ ki, çağırışlara ciddi reaksiyalar verilmir. Bu isə haqlı narahatlıqlar yaradır.

İlon Mask: “Avropanın, əsasən də Norveç TV-lərində yayımlanan verilişlər, saytlarında dərc olunan yazılar yüz faiz dezinformasiya və ya yalan üzərində qurulur”

İnsan hüquqlarının müdafiəsindən, söz və vicdan azadlığından dəm vuran Avropa əməldə öz ölkəsində kobud şəkildə insanların elementar hüquqlarını əlindən alır, söz azadlığına qarşı təhdidlərə, təzyiqlərə yol verir. KİV-lərin azad, müstəqil fəaliyyət göstərməsindən ümumiyyətlə söhbət gedə bilməz. Çünki KİV-lər tam şəkildə dövlətin və ya ayrı-ayrı böyük iş adamlarının nəzarəti altındadır. Bu yaxınlarda dünyaca məşhur milyarder İlon Mask bəyan etmişdir ki, “Avropanın, əsasən də Norveç TV-lərində yayımlanan verilişlər, saytlarında dərc olunan yazılar yüz faiz dezinformasiya və ya yalan üzərində qurulur”. Belə bir acınacaqlı vəziyyətin hökm sürdüyü Avropadan ədalətli mövqe, insan azadlıqlarına hörmət gözləməyə dəyməz. Avropanın əksər ölkələrində yerli əhali ilə yanaşı hakimiyyət miqrantlara qarşı da zorakılıq hallarına yol verirlər. Yaxşı həyat, yüksək təminat arzusu ilə Avropa ölkələrinə üz tutan miqrantlar elə sərhəddə ciddi əngəllərlə üzləşməli olurlar. Bəzi hallarda müxtəlif məbləğdə rüşvət qarşısında ölkəyə buraxılan miqrantlar qalmaq üçün yer tapa bilmir və viza rejimi ilə üzləşir, iş tapmaqda ciddi problemlərlə qarşılaşırlar. Sonrakı mərhələdə isə hakimiyyətlərin göstərişi ilə Almaniya, Fransa, Niderland, Yunanıstan, Norveç və digər ölkələrin əhalisi tərəfindən miqrantlar təhqir edilir, döyülürlər. Miqrantların sözügedən ölkələrdə üzləşdikləri problemlər sırasında antisemit və islamofob meyillərin güclənməsi də ciddi problemlərdən hesab olunur. Almaniyada və Niderlandda getdikcə güclənən nasist təşkilatların üzvləri miqrantlara qarşı hər cür alçaldıcı mövqe sərgiləyirlər. Bu cür təhqiramiz səhnələr birbaşa polislərin gözü qarşısında baş versə də, asayiş keşikçiləri susmağa üstünlük verirlər. Bu da məsələnin yuxarı rəsmi orqanlarla razılaşdırıldığından xəbər verir.

Avropada ksenofob və islamofob meyilləri aktuallaşır

Avropada müsəlmanlar daha çox təhqir olunduqlarını və təqiblərə məruz qaldıqlarını desək səhv etmərik. Çünki hesablamaya görə, yalnız 2024-cü ilin 9 ayı ərzində Almaniyada 13860 nəfər, Fransada 9234 nəfər, Niderlanda 7698 nəfər, Yunanıstanda isə 6589 nəfər müsəlman dini inancına görə, yerli əhalinin təhqirlərinə və zorakılıqlarına məruz qalıb. Hətta antiislam meyilli və radikal düşüncəli, milliyyətçi avropalılar müsəlmanların ibadət evlərinin qapısına donuz başını asmaqdan belə çəkinmirlər. Bəzi hallarda isə məscidlərin divarlarına yazılmış “müsəlmanlara ölüm”, “rədd olun” şüarlarına da rast gəlmək mümkündür. Belə faktların kifayət qədər çox olması onu təsdiq edir ki. hakimiyyətlər bilərəkdən ksenofob və islamofob meyilləri aktuallaşdırmasında maraqlıdır. Dəfələrlə dünya birliyi, xüsususilə BMT-nin müvafiq sturukturları Avropa ölkələrinin hakimiyyətlərindən miqrantlara, əsasəndə müsəlmanlara qarşı ayrı- seçkiliyi, zorakılıq hallarını dayandırmaq barədə çağırışlar etsə də nəticəsi olmayıb. Kütləvi etiraz aksiyalarının keçilməsi, qətnamələrin qəbulu da Avropa siyasətçilərinə təsir etməyib. Noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın təşkilatçılığı ilə Avropada miqrantlara qarşı təzyiqlərə, dözülməz münasibətə etiraz olaraq aksiya keçirilib. Aksiyada iştirakçılar üzərində iqlim dəyişikliyinə qarşı mübarizəyə və miqrantların hüquqlarının müdafiəsinə çağırışa dair şüarlar yazılmış plakatlar qaldırıblar.

Öz gözündə tiri görməyən Avropa, başqalarında tükü seçməyə çalışır. Dünyanın ən inkişaf edən azad, demokratik dövlətlərdən olan Azərbaycan haqqında Avropanın qaranlıq dairələri hər cür yalanlar uydurub, əsasız ittihamlar səsləndirirlər. COP29 konfransının keçildiyi vaxtı hay-küylər daha geniş xarakter almışdı. Hətta demək olar ki, Azərbaycana qarşı informasiya müharibəsi təşkil etmişdilər. ABŞ konqresmenləri, Avropanın faşist düşüncəli siyasət dəllalları Azərbaycanda insan hüquqlarının pozulmasından, söz və fikir azadlığına əngəllərin yaradılmasından uydurma və əsassız xain fikirlər səsləndirirlər. Ancaq çərənlədikcə özlərini pis vəziyyətə qoyur, sayıqladıqca daha çox özlərini ifşa edirlər. Çünki Azərbaycan düz yoldadır. O yol ki, millətimizə qürur və xoşbəxtlik, sakit və təhlükəsiz yaşayış, dövlətimizə isə böyük güc və qüdrət gətirir.

İLHAM ƏLİYEV

Seçilən
55
sesqazeti.az

1Mənbələr