"Rusiya-Ukrayna arasında müharibə energetika sahəsində xarici qaynaqlardan asılılığın ciddi problem olduğunu göstərib".
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Enerji Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, ilk olaraq bunun fəsadlarını Avropa ölkələri hiss edib. Ərdoğanın sözlərinə görə, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini sabit saxlayaraq, bu problemdən yan keçə bilib.
Türkiyə Prezidenti ötən il ölkəsinin 49 milyon neft və neft məhsulları, 4 milyon ton LPG və 50 milyard kubmetr təbii qaz idxal etdiyini də əlavə edib.