AZ

Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!

Biz hazırda iqlim maliyyəsi üzrə kritik məqama yaxınlaşırıq. Saat əqrəbləri fırlanır, amma zamanımız yoxdur.

Hurriyyet.az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirdiyi mətbuat konfransında Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"İçərisində olduğumuz oyunun qaydaları getdikcə daha da sərtləşir. İqlim dəyişikliyi problemindən çıxış yolu tapmaq üçün biz uzun müddət qüvvədə olacaq adaptasiya planlarını təsdiqləməliyik. Hazırda dünyada CO2 zəhərli qazının atmosferə buraxılması ilə bağlı ciddi problemlər var. Bunu İtki və Zərərlərə Cavab Verən Fondun hesabatları da göstərir. Bu qazın miqdarının azaldılmasına nail olmasaq, iqlim dəyişikliyi ilə effektiv mübarizədən danışa bilmərik. Qlobal səviyyədə iqlim böhranının qarşısını almaq üçün 1.5 dərəcəlik hədəfə sürətlə nail olmalıyıq. Hesab edirəm ki, effektiv maliyyələşmə mexanizmi təmin olunmadan bunu etmək mümkünsüzdür".

Axar.az

Seçilən
12
7
hurriyyet.az

7Mənbələr