AZ

Yanvarın 1-nə qədər vaxt verildi: Alkoqol və siqaret satılan hər yerdə...

İstanbulda spirtli içki və siqaret satışı ilə məşğul olan müəssisələrə yanvarın 1-dək təhlükəsizlik kameraları quraşdırılacaq.

Publika.az xəbər verir ki, video yazıları ən azı 30 gün arxivləşdirilə bilən yaddaş xüsusiyyətinə malik olacaq.

Bu addım uşaqları alkoqol, siqaret və digər zərərli vərdişlərdən qorumaq məqsədilə atılır.

Kamera sistemi satış sahəsini, bütün giriş-çıxış nöqtələrini və əgər varsa, dayanacağı müxtəlif bucaqlardan qeyd edə biləcək şəkildə yerləşdirilməlidir.

Bundan əlavə, quraşdırılmış sistemin sifətin tanınması texnologiyasına uyğun olması və buna uyğun konfiqurasiya edilməsi məcburi olacaq.

Seçilən
10
publika.az

1Mənbələr