AZ

Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq? - Deputatdan AÇIQLAMA

"Ehtiyac meyarı artıq xeyli müddətdir ki, yaşayış minimumu ilə eyniləşib. Təklifimiz ondan ibarətdir ki, beynəlxalq praktikanı nəzərə almaqla yaşayış minimumu anlayışından istifadə olunsun. Bu da birbaşa onunla bağlıdır ki, əksər ölkələrdə ehtiyac meyarı anlayışı yoxdur".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, ünvanlı sosial yardımda da yaşayış minimumu anlayışından istifadə olunsun:

"Bu, oxşar iki meyardan istifadənin qarşısını almış olar. Yaşayış minimumu artdıqca, ünvanlı sosial yardım məbləğlərində də artımların müşahidə edilməsinə gətirib çıxara bilər. Doğrudur, ehtiyac meyarı son illər artır. Bu da ünvanlı sosial yardım proqramında yardım məbləğlərinin artmasına gətirib çıxarır. Üçüncü ildir ki, ehtiyac meyarı ilə yaşayış minimumu eyniləşib. Bu baxımdan, yaşayış minimumu anlayışından istifadə olunması və artımların həmin anlayış çərçivəsində həyata keçirilməsi,  buna uyğu olaraq ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsi vacibdir".

Qeyd edək ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək. Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılacaq.

Anar Kəlbiyev
 

Seçilən
21
unikal.az

1Mənbələr