AZ

Bakıda azyaşlı xəstəxanaya aparılarkən öldü


Bakıda səkkiz yaşlı qız xəstəxanaya aparılarkən vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə halı pisləşən 2016-cı il təvəllüdlü Aylin İslam qızı Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Onun talassemiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.



Seçilən
6
11
medicina.az

10Mənbələr