AZ

Bu qatarların əvvəlki qrafiki bərpa olunur

Noyabrın 25-dən etibarən Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabrda tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə reyslər aşağıdakı kimi bərpa olunur.

- Bakıdan saat 08:10, 17:50 və 19:05,

- Sumqayıtdan saat 07:20,

- Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.

Sözügedən hərəkət qrafiki ilə buradan tanış ola bilərsiniz:

Seçilən
12
6
musavat.com

10Mənbələr