AZ

Rubl sürətlə ucuzlaşır: Rusiyada növbəti güclü inflyasiya ola bilər

Rusiyanın milli valyutası olan rublun dollar qarşısında ucuzlaşması sürəti son günlər bir qədər də artıb.

 

Sfera.az xatırladır ki, rubl bu ilin avqustundan ucuzlaşır və proses son günlər daha da sürətlənib.

 

2024-cü ilin iyulun sonunda bir dollar 85 rubl idi. Noyabrın əvvəlində məzənnə 98 rubla, bu gün isə 103 rubla yüksəlib. Son 4 aya yaxın müddətdə dolların rubla nəzərən 21,2 faiz bahalaşması müşahidə edilib.

 

Rublun ucuzlaşmasının 2 səbəbi var. Birinci səbəb dolların möhkəmlənməsidir. ABŞ valyutası bir müddətdir ki, bahalaşır və bu, digər valyutalarla məzənnədə özünü göstərir. Amma ikinci və daha önəmli səbəb Rusiya iqtisadiyyatının vəziyyəti ilə bağlıdır. Ağır sanksiyalar, dövlət büdcəsinin artan xərcləri rublu dəyərdən salır.

 

Rublun ucuzlaşması Rusiyada inflyasiya tempinin də artmasına səbəb olur. Bunu nəzərə alan Rusiya Mərkəzi Bankı artıq bir neçə dəfə faizləri artırıb. Ehtimal olunur ki, rubl ucuzlaşdıqca qiymətlər artacaq və Rusiyada növbəti yüksək inflyasiya müşahidə ediləcək.

 

Vasif

Sfera.az

 

Seçilən
14
sfera.az

1Mənbələr