AZ

Prezident onları “Xalq artisti” və “Əməkdar artist” adlarından məhrum etdi

Prezident Vladimir Zelenski Ukraynanın dövlət mükafatlarına layiq görülmüş 34 nəfərin bundan məhrum edilməsi haqqında fərman imzalayıb.

Modern.az xəbər verir ki, müvafiq sənəd Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub.

Qeyd olunur ki, “satqınlar” siyahısına keçmiş məmurlar, prokurorlar, incəsənət xadimləri, Rusiyanın siyasi, din və mədəniyyət adamları daxildir.

Onların hamısı Ukraynanın dövlət mükafatlarından qeyri-müəyyən müddətə məhrum edilib.

Siyahıda II-IV və IX çağırışların keçmiş xalq deputatı Viktor Medvedçuk (Vladimir Putinin xaç atası - red.) da var.

Ukraynanın sabiq baş naziri (2010-2014-cü illərdə Viktor Yanukoviçin prezidentliyi dövründə) Nikolay Azarov I-III dərəcəli “Xidmətlərə görə” ordenindən və V dərəcəli knyaz Yaroslav Mudrı ordenindən, habelə “Əməkdar iqtisadçı” fəxri adlarından məhrum edilib.

Rus Pravoslav Kilsəsinin Primatı Patriarx Kirill 1-ci dərəcəli Knyaz Yaroslav Mudfı ordenindən məhrum edilib.

Rusiyalı müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin, Ani Lorak və Taisiya Povaliy, bəstəkar İqor Krutoy da “Ukraynanın xalq artisti” və “Ukraynanın əməkdar artisti” fəxri adlarından məhrum ediliblər.

Seçilən
6
modern.az

1Mənbələr