Sloveniyanın baş naziri Robert Qolob Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə dair orderi dəstəkləyib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hökumətin "X" hesabında verdiyi açıqlamada Qolob qeyd edib ki, o, İCC-nin İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Gallanta qarşı qərarını tətbiq etməklə bağlı razılığa gəlib.
Baş nazir Qolob həmçinin bəyan edib ki, ölkəsi Netanyahu və Gallant haqqında həbs qərarına tam əməl edəcək.
Qeyd edək ki, Sloveniya iyun ayında İsrailin hücumlarından sonra Fələstini dövlət kimi tanıyıb.
Əli Hüseynov