“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun taleyi sual altındadı.
Msport.az xəbər verir ki, niderlandlı futbolçu klubun yeni müqavilə təklifinə cavablandırmayıb.
Ulduz futbolçu konkret cavab verməyə tələsmir. Bu üzdən kataloniyalılar onu qış fasiləsində satışa çıxara bilər.
Qeyd edək ki, de Yonq 2019-cu ildən “Barselona”da çıxış edir. Onun müqaviləsi 2026-cı ilin yayına kimidi.