AZ

Lukaşenko: Belarusda bu baş versə, internet bağlanacaq

Lukaşenko bildirib ki, 2020-ci ildə etirazlar təkrarlanarsa, Belarusda internet bağlanacaq.

İnterpress.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko 2020-ci ilin avqust etirazları zamanı internetin bağlanmasının səbəblərindən danışıb. O, ölkədə yenidən iğtişaşlar baş verərsə, interneti tamamilə söndürməyə hazır olduğunu vəd edib.

“Əgər bu (2020-ci il seçkiləri zamanı iğtişaşlar) yenidən baş verərsə, biz onu tamamilə söndürəcəyik”, – Lukaşenko Minsk Dövlət Linqvistik Universitetində görüş zamanı tələbələrdən birinin sualını cavablandırıb.

Lukaşenkonun sözlərinə görə, 2020-ci ildə bütün internet bağlanması onun icazəsi ilə baş verib.

“Hər şeyin haradan gəldiyini başa düşdüm. Hər şey internet vasitəsilə, Polşadan gəldi. Nəyə gələ biləcəyimizi başa düşdüm.

Biz Ukraynadakından da pis müharibə edərdik. Bizdə belə olsaydı, daha sərt olardı”, – Lukaşenko bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr