AZ

"İğtişaşlar olsa, interneti tamamilə bağlayacağıq" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko 2020-ci ilin avqust etirazları zamanı internetin bağlanmasının səbəblərindən danışıb və ölkədə növbəti iğtişaşlar olarsa, interneti tamamilə bağlamağa hazır olduğunu vəd edib.

"Unikal" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb. 

"İğtişaşlar yenidən baş verərsə, biz interneti tamamilə bağlayacağıq", - Lukaşenko tələbənin sualını cavablandırarkən deyib.

Belarus liderinin sözlərinə görə, 2020-ci ildə bütün internet kəsilməsi onun icazəsi ilə baş verib. O, bunu cəmiyyətdə mövcud problemlərin həllinin zəruriliyi ilə izah edib.

Ağarza Elçinoğlu 

Seçilən
16
29
unikal.az

10Mənbələr