AZ

Çay daşdı, oteli su basdı, 500 turist təxliyə edildi

Səhər saatlarında yağan güclü yağış özü ilə birlikdə mənfilikləri də gətirib.

News24.az xəbər verir ki, Antalyanın Manavqat rayonunda Şarlayık çayının daşması nəticəsində 5 ulduzlu oteli su basıb və oteldəki turistlər təxliyə edilib.

Turizm bölgəsində fəaliyyət göstərən 5 ulduzlu otelin, xüsusilə, hovuz sahəsi, restoran, türk hamamı, spa, mətbəx, soyuducu anbar, generator və birinci mərtəbədəki iş yerlərini su basıb. 

Hadisə zamanı oteldə olan 500 qonağın səlahiyyətlilərin sürətli müdaxiləsi sayəsində sağ-salamat təxliyyə edildiyi və onların tətillərini otelin bağlı olduğu şirkətə aid digər otellərdə davam etdirəcəkləri bildirilib. 

Günel Məlikzadə


Seçilən
56
3
news24.az

8Mənbələr