AZ

Tarixdə məlum olan ən qədim əlifba aşkarlandı

Alimlər müəyyən ediblər ki, qədim qəbirlərdən çıxarılan gil silindrlər üzərində həkk olunmuş yazılar bəşər tarixində məlum olan ən qədim əlifbaya aiddir.

Publika.az xəbər verir ki, bu barədə “Science Daily” jurnalı məlumat verib.

Bildirilib ki, alimlər Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el Marrada qədim məzarlarda arxeoloji qazıntılar aparıblar.

Əsasları ilk tunc dövrünə aid olan bu məzarları qazan tədqiqatçılar qızıl və gümüş zərgərlik məmulatları, 6 ədəd skelet, yemək bişirən qablar, saxsı qablar və nizə ucluğu, həmçinin həkk olunmuş yazıları olan 4 barmaq uzunluğunda gil silindr tapıblar.

Cons Hopkins Universitetinin arxeologiya professoru və qazıntıları aparan tədqiqat qrupunun üzvü Qlenn Şvartz bildirib ki, onlar yazıların eramızdan əvvəl 2400-cü illərə aid olduğunu təsbit ediblər.

Seçilən
12
2
publika.az

4Mənbələr