AZ

Azərbaycanda ən çox alınan avtomobilHANSIDIIR?

Azərbaycanda hazırda ən çox populyar olan avtomobillər Çinə məxsusdur.

Bunu Redaktor.az-a açıqlamasındaAvtomobil Dilerləri Assosiasiyasına icraçı direktoru Eyyub Əliyev deyib.

O qeyd edib ki, ən çox satılan avtomobillər isə təkcə Çin bazarına aid deyil:

"Biz müşahidə edirik ki, yapon avtomobillərinə də maraq çoxdur. Nümunə olaraq "Toyota"nı göstərə bilərik. Bu avtomobillərin bazar payında yetərincə yeri var. Eyni zamanda alıcılar həm də Koreya avtomobillərə üstünlük verirlər. Ən çox bazar payına sahib olan avtomobillər, sözsüz ki, alman avtomobilləridir. Sıralama ilə getsək Azərbaycan bazarında ən çox Çin, yapon, Koreya, alman avtomobilləri məşhurdur".

E.Əliyev Çin avtomobillərinin qiymətindən də danışıb:

"Çin istehsalı olan avtomobillərin qiyməti 22-23 min manatdan başlayır. Əslində, konkret bir məbləğdən danışmaq düzgün deyil. Çünki burada alıcının büdcəsi də nəzərə alınmalıdır. Ancaq bazarda istənilən məbləğdə avtomobilə rast gəlmək mümkündür".

Sevinc İBRAHİMZADƏ

Seçilən
29
1
redaktor.az

2Mənbələr