AZ

İki İcra Hakimiyyətinin tenderi ləğv edildi - SƏBƏB

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iki rayonun İcra Hakimiyyətinin keçirdikləri tenderlərin nəticəsini ləğv edib. Tribunainfo.az xəbər verir ki, hər iki dövlət qurumu qanunun tələblərinə riayət etmədikləri üçün belə bir vəziyyətlə üzləşiblər.

 

Həmin qurumlardan biri Qax İcra Hakimiyyətidir. Belə ki, icra başçısı Musa Şəkiliyev Qax şəhərinin Heydər Əliyev prospektində, S.Əsgərova, N.Nərimanov, 28 May küçələrində abadlıq işlərinin, o cümlədən şəhərin 19 küçəsində hərəkət tənzimləyici xəttlərin çəkilməsi və Qax-Ağçay-İlisu yolunun işıqlandırılmasını həyata keçirmək istəyib. Dəyəri isə 123.236,56 manat olubmuş.

 

İkinci ləğv edilən tender isə Qazax İcra Hakimiyyətinin keçirdiyi müsabiqə olub. Rəcəb Babaşovun rəhbərlik etdiyi qurum qanunun 36.1.1-ci maddəsinin tələblərinə riyayət etməyib. Nəticədə, təmir işlərinin satın alınması prosesi baş tutmayıb.

 

Rəsmi qanyaqlarda qeyd edilir ki, Qazaxın icra başçısı bu tender üçün 515.067,64 manat ayrımağı nəzərdə tutubmuş.

Tarix: 22 Noyabr 2024, 17:46   
Seçilən
27
3
pravda.az

4Mənbələr