AZ

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

Moskvada MDB İqtisadi Şurasının 104-cü iclası olacaq.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclas noyabrın 29-da MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçiriləcək.

Birlik ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər.

İclasın gündəliyində Dövlətlərarası Şuranın sərgi, yarmarka və konqres tədbirləri, 2018–2023-cü illərdə iqtisadi sahədə sənaye əməkdaşlığı orqanlarının fəaliyyəti, istehsalatda qəzaların araşdırılması qaydası haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsi, atom enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində təhlükəsizlik mədəniyyətinin yüksəldilməsinə dair tədbirlər kompleksi, baza təşkilatlarının yaradılması və digər məsələlər yer alıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
16
2
xalqqazeti.az

3Mənbələr