AZ

Azərbaycanda bu eşşəklərə yiyə duran yoxdur

Son günlər mediada Azərbaycana Türkiyədən 6 baş eşşəyin idxal edilməsi müzakirə mövzusuna çevrilib. Məlumata görə, eşşəklərin hər birinə ayrı-ayrılıqda 2664 manat ödənilib. Bu da ümumilikdə 16 min manat pul edir. Bir neçə il əvvəl də bənzər hal yaşanmışdı. 2010-cu ilə aid materialda qeyd edilir ki, Azərbaycana gətirilən eşşəklərdən birini 40 min manatdan sənədləşdiriblər.

Nəzərə alsaq ki, Azərbaycanda eşşəklərin nəsli kəsilməyib. Bəs bu halda niyə o qədər ödəniş etməklə Türkiyədən eşşək idxal edirik? Təbii ki mövzu özlüyündə başqa fikirlərin yaranmasına da gətirib çıxarır. Həmin heyvanlardan hansı təyinat üzrə istifadə edildiyi, onları bu qədər baha edən amillərin nə olduğu maraq doğurur.

Məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə (DSK) sorğu ilə müraciət edilib. Ordan sorğuya belə cavab verilib:

“Dövlət Statistika Komitəsi Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən anonimlașdirilmiș gömrük bəyannamələrinin aylıq məlumat bazasının emalı nəticəsində formalașan statistik məlumatları yayımlayır. Bununla əlaqədar, ölkənin idxalçıları və ixracatçıları barədə statistik məlumatların Dövlət Gömrük Komitəsində mövcud olmadığını, hamçinin idxal (və ya ixrac) olunmuș malların gətirilmə (və ya göndərilmə) məqsədlərinə dair məlumatların Komitə tərəfindən müşahidəsi aparılan göstəricilərə aid deyil”. Yəni bir sözlə, məsələyə Dövlət Statistika Komitəsinin baxmadığını bildirdilər.

Kənd Təsərrüfatı Nazirliyi isə sorğumuza ümumiyyətlə cavab vermədi.

Üz tutduq Zoologiya İnstitutuna. Lakin məsələnin onlara da aid olmadığını bildirdilər.

Görünür, Azərbaycana gətirilən bu qədər bahalı eşşəklərə heç bir qurum yiyə çıxmaq istəmir. Necə deyərlər, eşşəklər qalıb ortada…

Safura Bənnayeva

Mənbə: globalinfo.az

Seçilən
31
globalinfo.az

1Mənbələr