AZ

6 AYLIQ UŞAQ QİDASI ÜÇÜN 1000 MANAT... – “Bütün ərzaq məhsullarına tətbiq olunan vergilər aşağı salınsın"

Bu günlərdə deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı uşaq yeməkləri və uşaq ləvazimatlarının qiymətinin bahalaşmasından şikayətlənib. Deputat bildirib ki, əhalinin bunları almağa imkanı yoxdur. Ə. Məsimli təklif edib ki, uşaq yeməkləri və uşaq ləvazimatlarına da vergi güzəştləri şamil olunmalıdır.

Məlumat üçün bildirək ki,Azərbaycanda uşaqlar üçün qida məhsulları istehsal olunmur. Ölkəmizə süni uşaq qidaları daha çox Türkiyə, Almaniya, İordaniya, İsveçrə və Rusiya kimi ölkələrdən gətirilir. İdxal olunan bu qidaların qiyməti isə aztəminatlı ailələr üçün əlçatan deyil.

“AzPolitika”-nın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq paytaxtda yerləşən supermarketlərdən birində uşaq qidalarının qiymətləri ilə maraqlanıb. Nə qədər təəccüblü görünsə də, ölkəmizdə hazırda qiyməti 84 manatdan baha olan süni uşaq qidaları satılır. Orta keyfiyyətdə olan və pediatların məsləhət gördükləri qidaların qiyməti isə 20 manatdan bahadır.

Uşaq qidalarının bəzilərinin qiymətini oxuculara təqdim edirik:

- “Kabrita” (dəmir qutu) – 84 manat 99 qəpik;

- “Aptamil” (dəmir qutu) -52 manat 99 qəpik;

- “Aptamil” (sadə qutu) - 30 manat 99 qəpik;

- “Kabrita” (sadə qutu) – 23 manat 99 qəpik;

- “Nan” – 18 manat 59 qəpik;

- “Hipp” organic – 17 manat;

- “Bellakt” – 12 manat 15 qəpik;

- “Hipp” night tea – 10 manat 35 qəpik;

- “Malyutka gold” – 12 manat 99 qəpik;

- “Organic” - 8 manat;

- “Bebi” – 7 manat 75 qəpik;

- “Premium” – 7 manat 75 qəpik;

Qeyd edək ki, ən ucuz uşaq qidası İran istehsalı “Kent” 1 manat 75 qəpiyə, “Prinç unu” uşaq qidası isə 2 manat 35 qəpiyə təklif olunur.

Pediatrlara görə, əgər ana uşağı təkcə süni uşaq qidası ilə qidalandırırsa, bu qida uşağa maksimum bir həftə üçün kifayət edir. Yox əgər uşaq ana südü ilə bərabər süni uşaq qidası qəbul edirsə, 14 gündən bir valideyn bir qutu süni uşaq qidası almalıdır. Bu zaman ən bahalı uşaq qidası üçün bir aya 168 manat ödənməlidir. Uşağın ən azı 6 ay süni uşaq qidası qəbul etməli olduğunu nəzərə alsaq, bir valideyn 6 ayda qiyməti 84 manat 99 qəpik olan süni uşaq qidası üçün 1020 manat pul xərcləməlidir.

Seçilən
22
1
azpolitika.info

2Mənbələr