AZ

Qazaxın azad olunan dörd kəndi necə qorunur? - Foto

Qazax rayonun işğaldan azad olunan 4 kəndində sərhədçilər tərəfindən xidmət yüksək səviyyədə təşkil edilib.

Teleqraf.com-un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunları Komandanlığının hərbi qulluqçusu polkovnik-leytenant Elnur Abdullayev deyib.

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları həm də xidməti ərazidə yerləşən təbiət qoruqları və tarixi abidələrimizin qorunmasında böyük rol oynayır:

"19 aprel 2024-cü ildə cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində Qazax rayonunun işğal altında olan 4 kəndi (Aşağı Əskipara,Bağanis Ayrım, Xeyrimli, Qızılhacılı)işğaldan azad olunub.

Hazırda bu kəndlərdə sərhədçilər tərəfindən xidmət yüksək səviyyədə təşkil edilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları xidməti dövlət sərhədimizin mühafizəsi və müdafiəsi ilə bərabər, həm də ərazidə qanunsuz ovun qarşısını alır, burada yerləşən təbiət qoruqları, tarixi abidələr və meşə zolaqlarının da mühafizəsində böyük rol oynayır.

O qeyd edib ki, Avey Məbəd qoruğu Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunları tərəfindən qorunur:

"Avey Məbəd qoruğu VII əsrdə tikilib. Hazırda Qazax rayonunun Daşsalahlı kəndi ərazisində yerləşir. Bura Mədəniyyət Nazirliyi və Sərhəd Qoşunları Komandanlığı tərəfindən qorunur. Onun qorunması, ona baxış və qulluğun göstərilməsiqoruq işçiləri tərəfindən SərhədQoşunlarından verilmiş müvafiq rejim və baxım sənədləri ilə həyata keçirilir".


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
19
3
teleqraf.com

5Mənbələr