AZ

Angela Merkel: "Ukraynanın Donbası qaytarmaq şansı yox idi"

Almaniyanın keçmiş kansleri Angela Merkel 2014-cü ildə Ukraynanın Donbasa nəzarəti bərpa edə etmək şansının olmadığını bildirib.

HİT.az xəbər verir ki, o, bu fikri “Spiegel”ə müsahibəsində səsləndirib.

Merkelin sözlərinə görə, o, Ukraynanın o zaman uğur qazanmaq şansının olmadığını düşünür. Eyni zamanda bildirib ki, ukraynalılar müdafiəsiz qala bilməzdilər. Bu dilemmanın tərkib hissəsi kimi Almaniya Kiyevə silah verməyib, lakin NATO-nun bu istiqamətdəki səylərini dəstəkləyib..

"Şpigel"in sualı keçmiş kanslerin 2014-cü ildə Kiyevə silah tədarükünü dəstəkləmədiyini bildirən avtobioqrafiyasının bu yaxınlarda nəşri ilə əlaqədar yaranıb. Merkelin sözlərinə görə, vəziyyət o qədər qeyri-müəyyən idi ki, hətta o vaxt Ukraynada Donbasa hərbi yolla nəzarəti bərpa etməyə cəhd edib-etməmək barədə mübahisələr gedirdi.

Bundan əvvəl Merkel öz xatirələrində etiraf edib ki, 2008-ci ildə o, Şimali Atlantika Alyansının özünün təhlükəsizliyi üçün nəticələrdən qorxduğu üçün Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinə olub. Siyasətçi Rusiyanın mövqeyini təhlil etmədən Kiyev və Tbilisiyə NATO Üzvlük Fəaliyyət Planının verilməsini "son dərəcə ehtiyatsızlıq" adlandırıb.

Angela Merkel ölkənin NATO-ya qəbulu üçün meyarların mövcudluğunu xatırladıb ki, bu meyarlar onun hərbi potensialı ilə yanaşı, daxili strukturun xüsusiyyətlərini də nəzərə alır. Keçmiş kansler qeyd edib ki, Ukrayna alyansa qoşulsa, onun hərbi strukturları Rusiya ilə birbaşa təmasda olacaq, çünki Qara Dəniz Donanmasının bölmələri Krımda yerləşirdi.

Samir

Seçilən
9
1
hit.az

2Mənbələr