SOCAR-ın prezidenti və “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri Rövşən Nəcəf Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Energetika və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "İstanbul Enerji Forumu"nda iştirak edib.
Bu barədə "SOCAR Türkiyə" rəsmi "Facebook" səhifəsində paylaşım edib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rolu, SOCAR-ın sahə liderliyi, Cənub Qaz Dəhlizi, Azərbaycan və Türkiyənin artan regional təsir imkanlarından danışıb, Azərbaycanın təbii qaz layihələri, möhkəm infrastrukturu və əməkdaşlığını qeyd edib qətiyyətinin bölgənin enerji problemlərinə həll yollarının tapılmasında əsas aktor kimi mövqeyini gücləndirdiyini ifadə edərək, SOCAR olaraq Türkiyənin son 16 ildəki enerji səyahətinin bir parçası olmaqdan qürur duyduqlarını bildirib.
Orxan Vahidoğlu, "İki sahil"