AZ

Türkiyənin çay ixracından əldə edilən gəlir artıb

Türkiyənin çay ixracından ilin ilk 10 ayında əldə edilən gəlir 19,8 milyon dolları keçib.

Şərqi Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini və Çay Sektoru Komitəsinin sədri Şaban Turqut yanvar-oktyabr aylarında Türkiyədən 118 ölkəyə, muxtar və azad zonalara çay ixrac edildiyini bildirib.

Sözügedən dövrdə 4 min 9 ton çay ixracından 19 milyon 811 min 467 dollar gəlir əldə edildiyini vurğulayan Ş.Turqut ən çox ixracatın 6 milyon 572 min 863 dollarla Belçikaya edildiyini bildirib.

Ş.Turqut qeyd edib ki, Belçikanı 3 milyon 165 min 784 dollarla Böyük Britaniya və 1 milyon 516 min 850 dollarla Şimali (Kıbrıs) Kipr Türk Cümhuriyyəti izləyir.

Çay ixracatında ölkələrin müxtəlifliyinin artdığına diqqət çəkən Ş.Turqut “Ölkəmizdən Dubay, Qvineya-Bisau, Mavritaniya, Ekvatorial Qvineya, Tunis, Kuba, Misir, Burundi, Mərkəzi Afrika Respublikası, Namibiya, Sao Tome və Prinsipiyə , Burkina Faso, Cibuti, keçən ilin eyni dövründən fərqli olaraq "Kolumbiya, Kamboca və Sloveniyaya da çay satıldı" deyib.



Seçilən
3
trt.net.tr

1Mənbələr