AZ

Qulaqda küy - tinnitusdan necə qurtulmaq olar?

Bəzi insanlarda qulaqda səs, cingilti kimi ortaya çıxan vəziyyətə tibbdə tinnitus deyilir.
Tinnitusun yüngül və ya ağır formaları var. Bəs bu halı necə aradan qaldırmaq olar?

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, tinnitusun səbəbi aşkar edildikdən sonra müalicə üsulunu təyin etmək və müalicəyə başlamaq mümkündür. Qulaqda səs xarici qulaq kanalındakı kir səbəbiylə yaranarsa, qulağı təmizləyərək bunu aradan qaldırmaq mümkündür. Heç bir səbəb olmadan tinnitus varsa, ümumi müalicə üsullarından istifadə olunur.

Sistemli səbəblərdən tinnitus ortaya çıxıbsa, cərrahi üsullara üstünlük verilə bilər. Vəziyyəti dəqiq müəyyən etmək üçün mütəxəssisə müraciət etmək vacibdir. Uzun müddət davam edən tinnitusunuz varsa, mütləq həkimə gedin.

Tinnitusun müalicəsi üçün hansı üsullar və məsləhətlər var?

Bu hal bəzən yüksək səslərə məruz qalmamaq, qəhvə və kola kimi içkilərdən qaçınmaqla və ya duzlu qidalardan uzaq durmaqla aradan qaldırıla bilər. Əgər tinnitus birdən yaranarsa, adətən öz-özünə yox olur.

Bu vəziyyəti aradan qaldırmaqüçün yaxşı üsullar arasında siqaretdən imtina etmək, idman etmək və təzyiqi nəzarət altında saxlamaq var. Çobanyastığı çayı içməklə və sakit bir mühitdə qalmaqla zamanla tinnitusun yox olmasına nail ola bilərsiniz.

Seçilən
25
aznews.az

1Mənbələr