AZ

"COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"EkoSfera" Ekoloji-Sosial Mərkəzi tərəfindən hazırlanmış "COP29 - İqlim, Planet və Biz" adlı iqlim dəyişmələri haqqında metodik vəsaitin COP29-da təqdimatı keçirilib. Azərbaycan, rus dillərində pilot şəklində hazırlanan kitabın hal-hazırda ingilis dili versiyası üzərində işlər gedir. Hər üç dildə onlayn olaraq yayımlanacaq metodik vəsait, bu sahədə məlumat əldə etmək istəyən müəllimlər, şagirdlər - hər kəs üçün əlçatan olacaq.
Oxu.Az xəbər verir ki, 29 dərsdən ibarət kitabda hər mövzu qlobal problemə diqqət çəkməklə yanaşı, mövzu ilə tanışlıq, əsas anlayışlar, praktiki işlər və interaktiv oyunlardan ibarət bölmələr vasitəsilə təqdim olunur. Bu yanaşma oxucuların həm nəzəri, həm də praktiki biliklərini artırmağa yönəlib.
Kitabın ilk 28 bölməsi "EkoSfera" Ekoloji-Sosial Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb və sahə üzrə ekspertlərin biliklərini bir araya gətirərək iqlim dəyişmələri mövzusunda dəyərli bir mənbə təqdim edir. Yekun, 29-cu dərs isə COP29 Prezidenti, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tərəfindən oxuculara tövsiyələr şəklində tamamlanıb.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, "COP29 - İqlim, Planet və Biz" vəsaitində COP29-da iştirak edən 40-dan artıq ölkənin təşkilatları tərəfindən azərbaycanlı uşaq və gənclərə mesajlar da yer alıb. Bu mesajlar, gənclərin iqlim dəyişmələri ilə mübarizədə rolu, onların maarifləndirilməsi və səslərinin eşidilməsinin vacibliyini vurğulayaraq, onlara ilham və motivasiya verməyi hədəfləyir. Kitabın ideya müəllifi və baş redaktoru "EkoSfera" SEM-in rəhbəri Firuzə Sultan-zadədir.
Seçilən
22
2
oxu.az

1Mənbələr