AZ

Mehman Məmmədov:"Oğru elə bağırdı ki..."

Ağstafa rayon Köçəsgər kənd sakini  Mehman  Məmmədov Ələsgər oğlunun iddiasına  görə,tanışı  İbadət  Məhərrəmov Həsən oğlu ondan oğlu Sərxan Məmmədov   Mehman  oğluna  yüngül  cəza veriləcəyi adı ilə tanışı şəmkirli iş adamı İbadət Məhərrəmov onun   58 min manat və 4500 ABŞ dolları pulunu aldatma yolu ilə ələ keçirdiyinə dair dəfələrlə ətraflı məlumat vermişik.

CityPost.az  xəbər verir ki,Mehman Məmmədov aldatma yolu ilə ələ keçirdiyi pulları İbadət Məhərrəmovdan dəfələrlə  geri tələb etsə də, O danışıqlar yolu ilə vaxt udmağa çalışmış və nəticədə aldığı pulları geri qaytarmaqdan imtina etmişdir. Əlacsız qalan zərərçəkən  Mehman Məmmədov Baş Prokurorluğa məruz qaldığı dələduzluq əməlinə görə müraciət edib.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Azər Kazımov tərəfindən araşdırılan iş hadisənin baş verdiyi əraziyə -aiddiyatı üzrə Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir. Cinayət İşi Tovuz Rayon Polis Şöbəsinin  müstəntiqi baş polis leytenantı  Elnar Məmmədov tərəfindən yetərincə araşdırılmadığı  üçün Tovuz Rayon Prokuroru tərəfindən yenidən hərtərəfli araşdırma üçün istintaq mərhələsinə qaytarılmışdır. Bu barədə zərəçəkmiş Mehman Məmmədova Tovuz Rayon Prokurorluğu tərəfindən məktub da göndərilib. Müstəntiq Elnar Məmmədovun ləğv edilmiş qərarından ruhlanan İbadət Məhərrəmov zərərçəkmiş Mehman Məmmədovu şərəf və ləyaqətini alçaltdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə dair xüsusi ittiham qaydasında Ağstafa Rayon Məhkəməsinə müraciət edib.21 noyabr  2024-cü il tarixdə Ağstafa rayon məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə İbadət Məhərrəmov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə məhkəmə qaydasında baxış keçirilməsi üçün ilkin məhkəmə iclası baş tutub. 
Mehman Məmmədov məhkəməyə vəsatət verərək bildirib ki, Tovuz Rayon Prokurorluğu  müstəntiq Elnar Məmmədov tərəfindən onun şikayətinə əsasən cinayət işinin başlanmasının rədd olunmasına dair çıxardığı qərar ləğv edildiyi üçün İbadət Məhərrəmovun onun barəsində məhkəməyə verdiyi şikayət ərizəsi baxılmamış saxlanılmalıdır.Hakim Natiq Abbasov tərəfindən vəsatət  təmin edilərək və Tovuz Rayon Polis Şöbəsinə  müvafiq sorğu göndərilib. Məhkəmənin növbəti  iclası  29 noyabr 2024-cü il tarixə təyin  edilib.

CityPost.az  zərərçəkmiş  Mehman Məmmədovdan baş verənlərə dair münasibət öyrənib. O, deyib: “ Belə yerdə deyiblər: Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.İbadət Məhərrəmov dələduzluq yolu ilə mənim külli miqdarda pulumu ələ keçirdiyi bəs deyilmiş kimi, hələ  məni tutdurmaq da istəyir...(Red- gülür) Güman edirəm, şikayətim əsasında hüquq mühafizə orqanlarının müvafiq araşdırmasından  sonra  İbadət Məhərrəmov  özü həbs  ediləcək.”

 

Müşərrəfxanım 

Seçilən
24
1
oxu24.com

2Mənbələr