Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa Almaniya kansleri Olaf Şoltsun Rusiyanın orta mənzilli “Oreşnik” raketlərindən istifadə etməsi ilə bağlı "dəhşətli eskalasiya" barədə bəyanatını şərh edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, Şoltsun Moskvanın hərbi potensialını düzgün qiymətləndirdiyini bildirib.
Çepanın sözlərinə görə, Şolts münaqişənin nə qədər təhlükəli olduğunu başa düşüb və bundan düzgün nəticə çıxarıb:
"Əgər bu raket Londona 13 dəqiqəyə çata bilirsə, Berlinə 8 dəqiqəyə çatması mümkündür. Onlar bunu çox yaxşı başa düşməlidirlər. Şolts və digər siyasətçilər düzgün nəticələr çıxarmalıdırlar. Onların planlaşdırdığı hər hansısa şey qəbuledilməzdir", - deyə Çepa qeyd edib.
Musavat.com