AZ

İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Jerusalem Post" qəzeti xəbər verib.
Bildirilib ki, mövcud vəziyyət İsrailə İranın nüvə obyektlərini hədəfə almaq və sıradan çıxarmaq üçün fürsət təqdim edib.
Mənbənin sözlərinə görə, İsrail oktyabrın 26-da İranın nüvə obyektlərinə hücum etməsə də, gələcəkdə belə bir hücum ehtimalı həmişəkindən daha çoxdur.
"Uzun illərdən sonra ilk dəfədir ki, İranın nüvə proqramına hücum üçün lazım və mümkün iki şərt hazırlanır", - deyə qəzetdə qeyd olunub.
Seçilən
17
11
oxu.az

10Mənbələr