AZ

"Axır vaxtlar bir az emosional olmuşam"

"Kəpy" Premyer Liqanın 14-cü turunda öz meydanında "Araz-Naxçıvan" 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Amma qolu vura bilmədik.

- Sarı vərəqə gördüyünüz epizodu necə dəyərləndirirsiz?

- Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik.

- Keçmiş komandanıza məğlubiyyətin məyusluğu var?

- Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan "Kəpəz"in xal qazanması idi.

Seçilən
3
5
sportinfo.az

8Mənbələr