İstanbulun Sabiha Gökçen hava limanında sabah nəzərdə tutulan uçuşların bəziləri ləğv olunub.
Milli.Az “TRT Haber”ə istinadən bildirir ki, bu barədə hava limanı açıqlama verib.
“Sabiha Gökçen hava limanında gözlənilən mənfi meteoroloji şərtlərlə bağlı olaraq, sabah saat 15:00-a qədər uçuşların yüzdə 10-u Baş İdarənin qərarı ilə ləğv ediləcək”, – deyə məlumatda qeyd olunub.
Sərnişinlər uçuşlarla əlaqəli son vəziyyəti müvafiq aviaşirkətin internet saytından və zəng mərkəzlərindən öyrənə bilərlər.