AZ

“Kəpəz”in baş məqçisindən məğlubiyyət ŞƏRHİ: “Qol vura bilmədik"

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 14-cü turunda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Komandamıza dəstəyə görə Gəncə azarkeşlərinə təşəkkür edirəm. Bizi final fitinə qədər dayanmadan dəstəklədilər. Tovuzlu azarkeşlərə də minnətdarlığımı çatdırıram.

Matça gəlincə, iki fərqli hissə oynadıq. İlk yarıda istədiklərimiz alınmırdı.

Bəzi dəyişikliklər etdik. Birinci hissənin təhlili ikinci 45 dəqiqədə bəhrəsini verdi. Sadəcə olaraq qol vura bilmədik", - baş məşqçi qeyd edib.

Bizim.Media

Seçilən
34
bizim.media

1Mənbələr