AZ

ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub -London polisi

ABŞ-nin Londondakı səfirliyinin yaxınlığındakı ərazinin boşaldılaraq mühasirəyə alınmasına səbəb olan şübhəli obyektin muljay bomba (partlayıcı qurğunun imitasiyası – red.) olduğu ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli polis “X” sosial şəbəkəsində məlumat yayıb.

“İlkin sübutlar göstərir ki, həmin əşya mulyaj cihaz olub”, - bəyanatda deyilir.

Qeyd edək ki, daha əvvəl şübhəli obyektin aşkarlanması ilə əlaqədar London polisinin Britaniya paytaxtında ABŞ səfirliyinin yaxınlığındakı ərazini mühasirəyə alaraq boşaltdığı bildirilmişdi. Tapıntı üzərində nəzarət olunan partlayış həyata keçirilib və bu, çoxlarının yüksək səs eşitməsinə səbəb olub.

Bu vaxt səfirliyin özündə lokdaun, yəni təhlükəsizlik məqsədilə işçilərin hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

Seçilən
25
1
redaktor.az

6Mənbələr