Koreyalı təyyarədə yüzlərlə tarantula və qırxayaq aparmağa çalışıb.
İnterpress.az xəbər verir ki, hadisə Perunun paytaxtı Lima hava limanında baş verib. Bildirilir ki, 28 yaşlı kişi gömrükdən keçməyə çalışsa da, hava limanının əməkdaşları onun qeyri-təbii şəkildə şişmiş qarnını görüblər.
Onu saxlayıblar və köynəyini qaldırmasını istəyiblər. Məlum olub ki, kişi 320 tarantula, 110 qırxayaq və doqquz zəhərli qarışqa olan yapışqanlı qutular və çantaları özünə bağlayıb. Bəzi hörümçəklər insan ovucunun ölçüsündə olub.
Nəticədə bütün canlılar müsadirə olunub.
Xuraman Etibarlı
İnterpress.az