AZ

İran diplomatı "Yaşasın Ermənistan!" deyir

Bir neçə gün əvvəl İran rejiminin Azərbaycan əleyhinə təbliğat və informasiya zəhərinin başlıca ruporu olan "Səhər" televiziya kanalı özünün hazırladığı bir sənədli filmin anonsunu yayıb.

Yaxın gələcəkdə kanalda nümayiş etdiriləcəyi bildirilən bu filmdə guya Azərbaycanın, eləcə də Türkiyənin Ermənistanla gizli ticarət əlaqələrindən danışılır. Bu üzdən film "Pünhan həqiqətlər", yəni gizli həqiqətlər adlanır.

Amma dövlət televiziyası olan bu kanal utanmazcasına "unudur" ki, istər Azərbaycan torpaqlarının erməni işğalında olduğu dövrdə, istərsə də həmin torpaqların şanlı Azərbaycan Ordusu tərəfindən azad edildiyi 44 günlük müharibədən sonra İranın Ermənistana hərtərəfli dəstəyi heç kəsə gizli olmayan aşkar həqiqətdir və belə şantaj xarakterli uydurma filmlərlə azərbaycanlıları çaşdırmaq mümkün deyil.

Həmin filmin anonsunu ehtiva edən təqribən dörd dəqiqəlik süjetə "Səhər" kanalının qoyduğu "Azərbaycan hakimiyyətinin erməni sevdası" başlığı isə sinizmin və həyasızlığın son həddidir və necə deyərlər, öz adını başqasına qoymaqdan başqa bir şey deyil.

Axı illərdir Azərbaycan mediası real faktlarla, tutarlı dəlil və sübutlarla İran hakimiyyətinin erməni sevgisini göstərir və bu tükənməyən sevginin səbəblərini anlamağa və anlatmağa çalışır. İran rejiminin İkinci Qarabağ Müharibəsində Ermənistanın biabırçı məğlubiyyətindən və kapitulyasiyasından sonra daha aşkar görünən və müxtəlif formalarda təzahür edən erməni aşiqliyini müşahidə etmək üçün hansısa filmə ehtiyac yoxdur, elə İran və Ermənistan mətbuatına göz yetirmək kifayətdir.

Məsələn, srağagün İranın Ermənistandakı səfiri Mehdi Sübhani Beynəlxalq Uşaqlar Günü münasibətilə erməni uşaqlarına müraciət ünvanlayıb.

Erməni uşaqlarını "ətirli çiçəklər" adlandıran səfir onları eyhamlı şəkildə "məğlubiyyətdən qorxmamağa" çağırıb və sonda da "Yaşasın Ermənistan!" - deyib.

Ətraflı "Azad İran"ın süjetində:

 

 

 

Seçilən
19
4
turanpress.com

6Mənbələr