“Neftçi”nin futbolçuları Azər Salahlı, Andre Şinyaşiki, Emin Mahmudov, Dembo Darbo və Kilan Lebon “Zirə” ilə oyunu buraxacaqlar.
Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Belə ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 14-cü turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını bu gün başa vurub. Paytaxt təmsilçisi bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Klubdan verilən məlumata görə, komanda “Zirə” ilə matça itkilərlə çıxacaq. Azər Salahlı, Andre Şinyaşiki, Emin Mahmudov və Dembo Darbo zədə səbəbindən bu oyunda iştirak edə bilməyəcəklər. Kilan Lebon isə cəzalı olduğu üçün sabah meydana çıxmayacaq.
Xatırladaq ki, “Neftçi” – “Zirə” matçı noyabrın 23-də “Neftçi Arena”da baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.