Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ senatoru Tom Kottonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallanta həbs orderi çıxarmasına dair açıqlamalarına ironik reaksiya verib.
Redaktor.az xəbər verir ki, Zaxarova, ABŞ senatorunun BCM-ni "ədalətin parodiyası", baş prokuror Kərim Xanını isə "dəlisov fanatik" adlandırdığı sözlərini xatırladıb.
Kotton, ABŞ qanunlarına əsaslanaraq bildirib: "Əgər bir amerikalı və ya müttəfiq BCM-nin orderi ilə həbs olunarsa, Vaşinqton hərbi müdaxilə hüququna malikdir".
Telegram kanalında paylaşım edən Zaxarova yazıb: "ABŞ diplomatlarının Haaqadan, sonra isə həmrəylik naminə digər Aİ ölkələrindən də qovulmalarını gözləyirəm".
Seymur BƏNNAYEV