AZ

“Turan Tovuz” niyə Gəncədə məşq edir? - “Bizdə bir standart meydança var və sünidi”

Noyabrın 11-də başlayan və 22-nə qədər davam edəcək COP 29 ölkənin futbol həyatına da təsir göstərir.

Yığmanın məhz bu səbəbdən Qəbələdə oynamalı olduğunu bilirsiz. Oyunlarası dövrdə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşq edən “Turan Tovuz” da müvəqqəti bölgəyə köç etməli olub.
“Football-plus.az” xəbər verir ki, Tovuz təmsilçisi noyabrın 14-dən Gəncədə - “Kəpəz”in meydançasında məşq keçir. Kurban Berdıyev komandasının təbii ot örtüyündə məşq keçməsini məqbul sayıb.

Komandanın Tovuzda qalmamasının başqa səbəbini öyrənmək üçün “bozqurdlar”ın mətbuat xidmətinin rəhbəri Süleyman Tağiyevə müraciət etdik.

Onun saytımıza cavabı isə belə oldu:

“Bizdə bir standart meydança var və sünidi. Həmin meydançadan U-15, U-16, U-17, U-19, əvəzedicilər həm məşq, həm də oyun üçün istifadə edir. Belədə qrafik çox sıxlaşır. Dediyim kimi, süni meydança, komandaların sayının, qazonun yüklənməsinin çox olması səbəbindən Gəncədə - təbii meydançada məşq edirik”.


Xatırladaq ki, “Turan Tovuz” noyabrın 24-də 14-cü tur çərçivəsində “Sabah”ı qəbul edəcək.

RÖYANƏ OĞUZ
Seçilən
31
football-plus.az

1Mənbələr