AZ

Masazırda “Qır gölü” problemi nə vaxt həll olunacaq? VİDEO

Ətrafdakı evlər və ərazilər su içindədir. Sakinlər isə bu mənzərə qarşısında acizdirlər...

Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Abşeron rayonu Masazır qəsəbəsindəndir.

Sözügedən ərazidə Qır gölünün daşması nəticəsində kanalizasiya suları eləcədə qrunt suları  həyətlərə  dolub. Su matorunun işləməməsi isə vəziyyəti daha da ciddiləşdirib.

Sakinlər bildirir ki, problem bir neçə aydır davam edir. Kanalizasiya və qurunt suları küçəyə və evlərə dolduğundan ərazidə hərəkət etmək demək olar ki, mümkünsüz hala çevrilib. 

Abşeron Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov problemdən xəbərdar olduqlarını bildirib.

O da bildirildi ki, sakinlərin problemi qısa zaman ərzində öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
xezerxeber.az

1Mənbələr