AZ

Hizbullah atəş açır

BMT-nin Cənubi Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Qərb Sektor Komandanlığının Şamaa qəsəbəsindəki qərargahı artilleriya atəşinə məruz qalıb və 4 italyan sülhməramlısı yaralanıb.

Oxu24.com xəbər verir  ki, UNIFIL Livan Komandanlığının bəyanatında deyilir.

Bu gün Şamaadakı Qərb Sektor Komandanlığının qərargahına 122 mm-lik mərmi düşüb və nəticədə dörd italyan sülhməramlısı xəstəxanaya yerləşdirilib.

Açıqlamaya görə, sülhməramlıların mövqelərinə düşən mərmilər böyük ehtimalla Hizbullah tərəfindən atılıb.

 

Nigar

Seçilən
12
oxu24.com

1Mənbələr