AZ

Sağlamlığınız üçün yataq otağına bu 3 bitkini qoyun

Ev bitkilərinin əsas məqsədi havanın tərkibini yaxşılaşdırmaqdır. 

News24.az Lent.az-a istinadla sizə oksigen istehsal edən fabric adlandırılan ev bitkilərini təqdim edir:

Aloe

Sadə görünən bu şirəli bitki heç vaxt çiçək açmaya bilər, amma bunun əhəmiyyəti yoxdur.

Əsas odur ki, havanı bir çox sintetik materiallarda olan zəhərli maddələrdən təmizləməklə məşğul olur.

Aloe sizi benzol və formaldehiddən qoruyacaq və yuxunun keyfiyyətinə, insan sağlamlığına müsbət təsir edəcək.

Lavanda

Bitkinin ətri sinir sisteminə faydalı təsir göstərir.

Lavanda yuxu problemlərini həll edir və çaya da əlavə edilə bilər.

Sansevieria

İnsanlar arasında "qaynananın dili" kimi tanınan sansevierianın zəngin yaşıl rəngli uzun, düz və dar yarpaqları var.

Bu bitki hətta gecələr də havanı təmizləmək üçün işini dayandırmır, bu da onu yataq otağı üçün daha faydalı edir.

Qeyd etmək lazımdır ki, sadalanan bu bitkilərin baxımı heç bir problem yaratmır.

Seçilən
21
news24.az

1Mənbələr