AZ

Zelenski Rusiyada işləyən ukraynalı məşqçini dövlət mükafatlarından məhrum etdi

Ukrayna Prezidenti Volodimir Zelenski 34 nəfərin dövlət mükafatlarından məhrum edilməsi haqqında fərman imzalayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda Ukrayna millisinin sabiq futbolçusu, hazırda Sankt-Peterburq “Zenit”inin (Rusiya) çalışdırıcısı Anatoli Timoşukun da adı var.

Ötən həftə məlum olub ki, İdman Arbitraj Məhkəməsi (CAS) Timoşukun Ukrayna Futbol Assosiasiyasının onun məşqçilik lisenziyasından və qazandığı bütün kuboklardan məhrum edilməsi qərarından verdiyi apellyasiya şikayətini təmin edib.

Seçilən
13
sportinfo.az

1Mənbələr