AZ

Sürücülərə müraciət: “Ara məsafəsi saxlayın!” VİDEO

Düzgün olmayan ara məsafəsi, ani tormozlama və nəticə...

Xezerxeber.az-ın xəbərinə görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi paytaxtın müxtəlif küçə və prospektlərində ara məsafəsinin saxlanılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələri ilə bağlı görüntüləri yayıb.

Qeyd olunub ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Sürücülər isə bəzi həmkarlarının bu qaydalara riayət etmədiklərini deyirlər.

Ekspertlər deyirlər ki, hər bir sürücü ara məsafəsini hərəkət sürətinə düz mütənasib olaraq seçməlidir, yəni sürət artdıqca ara məsafəsini də artırmaq lazımdır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ömər Xıdırov bildirir ki, sürücülərin ara məsafəsini düzgün saxlamamaları səbəbindən baş verən qəzalar xüsusilə pik saatlarda nəqliyyatın sıxlığını daha da artırır.

Qeyd edək ki. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən sürücülər ara məsafəsinin pozulmasına görə 40 manat məbləğində cərimələnirlər.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
21
xezerxeber.az

1Mənbələr