AZ

Bu qidaları soyuducuda saxlamaq olmaz

Qidalanma mütəxəssisi, professor Amparo Qamero bəzi qidaları soyuducuda saxlamamağa çağırıb, çünki soyuqda onların dadı pisləşir.

News24.az BAKU.WS-ə istinadla xəbər verir ki, bu barədə "Gloucestershire Live" məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, sarımsaq soyuqda tez cücərdiyi üçün onu soyuducuda saxlamaq məsləhət görülmür.

"Raf ömrünü uzatmaq üçün soyulmuş sarımsaq dişlərini zeytun yağına batırıb möhkəm bağlanmış şüşə qabda saxlamaq olar. Onlar həmçinin dondurulmuş, bütöv və ya dilimlənmiş ola bilər", - deyə o qeyd edib.

Bundan əlavə, o, çörəyi soyuducuda saxlamamağı tövsiyə edir, çünki soyuqda dadı və quruluşu itir. Şokoladın isə kəskin temperatur dəyişikliyi səbəbindən toxuması dəyişir.

Bundan əlavə, Qamero qeyd edib ki, yetişməmiş bananı soyuducuya qoysanız, o, bərk və dadsız ola bilər. Qəhvəni də soyuducuda saxlamaq olmaz, çünki o, nəmliyi udur, ətrini və dadını itirir.

Soyuducuda qoxuların yaranmasının əsas səbəblərindən biri qidaların düzgün saxlanmamasıdır.

Seçilən
27
5
news24.az

6Mənbələr