AZ

Britaniyanın antiinhisar təşkilatı Apple və Google-a qarşı yeni araşdırmaya başlaya bilər

Bakı. Trend:

Böyük Britaniya Rəqabət və Bazarlar Təşkilatı (CMA) ABŞ-nin"Apple Inc" və "Alphabet Inc"-nin bir hissəsi olan "Google"şirkətləri ilə bağlı yeni araşdırmaya başlaya bilər.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzetixəbər verib.

Məlumata əsasən, tənzimləyici ilkin olaraq müəyyən edib ki,"Apple"ın siyasəti "iPhone" üçün üçüncü tərəf brauzerlərində yenifunksiyaların tətbiqini çətinləşdirir və standart brauzerin sürətivə imkanları proqram tərtibatçılarına uyğun gəlmir.

"CMA" həmçinin müəyyən edib ki, "Google" və "Apple" arasındagəlir bölgüsü sazişi "iOS mobil brauzer bazarında rəqabət aparmaqüçün onların maliyyə həvəslərini əhəmiyyətli dərəcədə azaldır".

İdarə rəy toplayacaq və sonra tam araşdırmanın aparılması iləbağlı qərar verəcək.

"Apple" şirkəti CMA araşdırmasının nəticələri ilərazılaşmadığını açıqladı.

Seçilən
21
2
az.trend.az

3Mənbələr