AZ

ABŞ qırıcı təyyarələrin istehsalı ilə bağlı qərarla həyəcan təbili çalıb

Amerika hakimiyyəti F-35 qırıcı təyyarələrinin istehsalını onların çoxsaylı çatışmazlıqlarını nəzərə almadan təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, Hökumət Nəzarəti Layihəsi (POGO) qərarla bağlı həyəcan təbili çalıb.

POGO hesabatında deyilir ki, hətta F-35 sınaq hesabatının məxfilikdən çıxarılan versiyasında da qırıcıların etibarlılıq, dəqiqlik, gizlilik və təmir oluna bilmə tələblərinə cavab verməməsinə çoxsaylı istinadlar edilib.

İctimai fəalların qeyd etdiyi kimi, sənədin dərci ilə F-35 istehsalının təsdiqlənməsi arasında çox az vaxt keçdiyi üçün ABŞ Konqresi öz nəzarət funksiyalarını tam yerinə yetirə bilməyib.

POGO Konqresi yarımçıq qırıcının istifadəyə verilməsində tələsdiyinə görə qınayıb.

Seçilən
11
1
nocomment.az

2Mənbələr